Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Bu barədə Agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Xəzər dəniz akvatoriyasında sabah axşamdan başlayaraq Orta Xəzərdə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3.5-5.5 metrə qədər artması proqnozlaşdırılır.
Hava şəraitinə uyğun olaraq, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin təcrübəli kapitanları tərəfindən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində məlumatlandırılacaq. Bununla yanaşı, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.
Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək.
Eyni zamanda gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












