Dövlət Gömrük Komitəsi sürücülərin iddalarına cavab verdi

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində İran istehsalı olan məhsulların Türkiyə istehsalı adı altında Türkmənistana göndərilməsi, bu fəaliyyəti həyata keçirən şirkətlərin Dövlət Gömrük Komitəsi tərəfindən himayə olunduğuna dair yayılan məlumatlarla bağlı açıqlama yayıb.
DGK-dən Avtosfer.az-a verilən açıqlamda bildirilir ki, yayılan məlumatlar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədi daşıyır:
"Əslində gömrük orqanların bu qəbildən olan faktlarla bağlı araşdırma aparır və indiyə qədər onlarla sürücü haqqında araşdırma aparılaraq inzibati icraat tədbirlərinə başlanılıb.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında cari ilin yanvar ayının 12-də Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə aparılan araşdırma zamanı Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan İrandan Türkmənistana kartof yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü-İran vətəndaşının təqdim etdiyi nəqliyyat sənədi və fitosanitar sertifikatı gömrükçülərdə şübhə yaradıb. Aparılan araşdırmalar zamanı gömrük orqanına təqdim edilən məlumatların doğru olmadığı, yəni həmin yükün sənədlərdən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirildiyi məlum olub.
Araşdırmaların davamında təhqiqatçılar daha 22 nəqliyyat vasitəsində daşınan meyvə-tərəvəz yüklərinin də gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə daşındıqlarını aşkar edib və ümumilikdə 23 sürücü barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati icraat başlanılıb.
Bundan əlavə qeyd edilən marşrut üzrə göndərilən yüklər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postu vasitəsi ilə yola salındığından həmin Baş İdarə tərəfindən də aparılan araşdırma zamanı bu qəbildən olan malları gömrük sərhədindən faktiki keçirən daha 16 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati icraat başlanılıb.
Sadalanan faktların araşdırlması prosesində Türkiyə Respublikasının müvafiq qurumlarına sorğular göndərilib və bu ölkənin Ticarət Nazirliyindən daxil olan cavablar da gömrük orqanlarının şübhələrini təsdiqləyib və Türkiyə Respublikasının müvafiq qurumları tərəfindən verildiyi iddia edilən sənədlərin saxta olduğu üzə çıxıb.
Hazırda 39 fakt üzrə təhqiqat davam etdirilir.
Yayımlanan məlumatı diqqətlə incələdikdə təqdim olunan sənədlərin ümumiyyətlə araşdırılmadan yayımlandığı qənaətinə gəlmək olar. Belə ki, yayımlanan yazıda İran istehsalı olan məhsulların Türkiyə istehsalı adı altında Türkmənistanda təsis edilmiş "At-abray" logistika şirkəti və onun törəmə qurumu olan "Turkmen Line" tərəfindən daşındığı iddia edilsə də yazının sonundakı sənədlərdə başqa şirkətlərin adı qeyd olunub.
Üstəlik qeyd olunan məhsullar “tranzit” xüsusi gömrük prosedurunda qeydiyyata alındığından həmin məhsulların Azərbaycan ərazisində boşaldılaraq qablaşdırılması mümkün deyil. Aparılan araşdırmalardan da göründüyü kimi gömrük orqanları iddia olunduğu üzrə bu şirkətləri nəinki himayə etmir, tam əksinə onların qanunsuz əməllərinə qarşı qətiyyətli mübarizə aparır".
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












