DSX külli miqdarda narkotik tutdu - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram narkotik vasitəyə, 3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Aprel ayının 25-də saat 17:35 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamaları yerə ataraq ərazinin dağlıq və sıx kolluq olmasından istifadə edərək geri qaçmışlar. Ərazidə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 5 ədəd mavi rəngli bağlamanın içərisindən ümumi çəkisi 32 kq 945 qram narkotik vasitəyə (30 kq 935 qr “marixuana”, 2 kq 10 qr “tiryək”) bənzər maddələr və psixotrop tərkibli 3000 ədəd “metadon-40” dərman preparatı olan həblər aşkar olunaraq götürülmüşdür.
Aprel ayının 27-də saat 00:50 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında “Feyxoa bağları” adlanan ərazidə yerləşən istifadə olunmayan yarımtikiliyə bir nəfərin ətrafı müşahidə edərək yaxınlaşması və içərisindən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılmış, onun Astara rayonunun Məçitməhəllə kənd sakini 1990-cı il təvəllüdlü Yusifov Nazim Tofiq oğlu olması müəyyənləşdirilmişdir.
Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 16 kq 610 qr narkotik vasitəyə (12 kq 375 qr heroin, 3 kq 5 qr tiryək, 725 qr metamfetamin və 505 qr marixuana) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO












