Dünya Bankı Orta Dəhlizin “yaşıllaşdırılması”nın şərtlərini açıqlayıb

Orta Dəhlizi artıq “yaşıl” bir dəhliz hesab etmək olar və onun böyük potensialı var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister “Bakı İqlim Həftəsi”nin 2-ci günündə "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" növzusunda dəyirmi masada deyib.
"Bu dəhlizi daha da “yaşıllaşdırmaq” olar. Lakin buna nail olmaq həm operatorlardan, həm də hökumətlərdən böyük öhdəliklər tələb edəcək. Məsələn, aşağı və ya sıfır emissiyalı yanacaqların inkişafı və istehsalına investisiyalar qoyula bilər. Bundan əlavə, elektrik batareyalarına və ya hidrogen yanacaq elementlərinə investisiyalar da böyük əhəmiyyət kəsb edir. Bu yanacaqların saxlanması üçün lazım olan infrastrukturun yaradılması da investisiya tələb edəcək, çünki bu infrastrukturlar hələ mövcud deyil", - St. Stallmeister biıdirib.
Dünya Bankının rəsmisi qeyd edib ki, aşağı karbonlu yanacaqların rəqabətədavamlı olmasını təmin etmək üçün lazımi qaydalar hazırlanmalıdır: "Əks halda, özəl sektoru bu sahələrə investisiya qoymağa təşviq etmək çətin olacaq. Həmçinin hökumətlər bu layihələrin əhəmiyyətini sübut etmək üçün özəl sektora pilot layihələri maliyyələşdirməyə icazə verməyi nəzərdən keçirməlidir. Bölgəyə gətirilən bu yeni layihələrin tətbiqi və yayılması da çox önəmlidir".
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS












