Dünya əhalisinin çoxu koronavirus təhlükəsini şişirdilmiş hesab etmir

Planetimizin əhalisinin əksəriyyəti bu fikirdədir ki, koronavirus təhlükəsi şişirdilməyib. “Romir” holdinq və Gallup International tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, aprel ayı ilə müqayisədə koronavirus təhlükəsini şişirdilmiş sayan insanların sayı 33 faizdən 41 faizə yüksəlib. Buna baxmayaraq, təhlükəni şişirdilmiş sayanların sayı mart ayında qeydə alınan göstəricidən (49 faiz) az olub. Respondentlərin əksəriyyəti (54 faiz) əvvəlki kimi təhlükənin ciddiliyinə inanır.
Koronavirus təhlükəsinin şişirdildiyinə ən çox Bosniya və Herseqovinada (66 faiz), Qazaxıstanda (61 faiz), Moldovada və Bolqarıstanda (hər birində 58 faiz), ən az isə Böyük Britaniyada və Cənubi Koreyada (hər birində 15 faiz), həmçinin Yaponiyada (18 faiz) inanırlar.
Sorğunun nəticələri insanların 67 faizinin özlərinin və yaxınlarının sağlamlığından ciddi narahat olduğunu göstərib.
Yoluxmadan ən çox Cənubi Koreyada (86 faiz), Filippində (84 faiz) və Honkonqda (80 faiz), ən az isə Avstriyada (42 faiz), Qazaxıstanda (46 faiz) və Bolqarıstanda (51 faiz) qorxurlar. (Azərtac)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












