Dünya futbolunda "Hyundai" bombası - VIDEO

Dünya futbolunda "Hyundai" bombası. Cənubi Koreyadan olan iş adamı Çunq Monq-joon Jozef Blatterin yerinə iddia irəli sürüb. Koreyalı iş adamı FİFA prezidenti olmaq istəyir. FIFA-nın keçmiş vitse prezidentlərindən biri və avtomobil istehsalı nəhəngi olan "Hyundai"nin ən böyük hissədarı olan Çung bu barədə açıqlamanı özü verib. İngiltərə mətbuatına açıqlamasında o deyib ki, rəqibi, UEFA rəhbəri Mişel Platini FİFA üçün doğru bir namizəd deyil. "Əgər mən seçilsəm lüks ofisdə kef çəkməyəcəyəm. Mənim işim FİFA-nı dəyişdirmək olacaq". O, Platinin islahatlar edə bilməyəcəyini iddia edib. "Cənab Platinidən islahat gözləmək yersizdir. O, FİFA-nın indiki fəaliyyətini dəstəkləyir və qurumun bu günki vəziyyətinin səbəbkarlarındandır. FİFA-nın artıq avropalı olmayan bir prezidentinin olması vaxtı çatıb. Çünki indi bu qurum Blatter və dostlarının nəzarətində olan təşkilata çevrilib".
"Forbes"in hesablamalarına görə, Çunq ən zəngin insanlar siyahısındadır. 63 yaşlı iş adamının sərvəti 1,2 milyard dollar civarında qymətləndirilir.
Xatırladaq ki, FİFA-nın prezidenti postuna əfsanəvi argentinalı Dieqo Armando Maradona və UEFA prezidenti Mişel Platini də iddialıdır.
Ümumiyyətlə, bunadək FİFA prezidentliyinə 5 nəfərin namizədliyi verilib. Bunlar Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.
Jozef Blatter bu ilin mayında 5-ci dəfə FİFA-ya prezident seçilsə də iyunun 2-də istefa verib. Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş verib.
anspress
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














