Dünyada COVID-19 peyvəndlərinin bölgüsü müddətləri açıqlandı

COVID-19 peyvəndlərinin kliniki sınaqlarının üçüncü mərhələsinin nəticələri 2021-ci ilin başlanğıcında məlum olacaq və preparatların bir neçə yüz milyon dozasını növbəti ilin ortasında gözləməyə dəyər.
"Report" xəbər verir ki, bu barədə "İzvestiya"ya Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) bildiriblər.
"Biz gözləyirik ki, bu vaksinlərdən biri və ya daha çoxu təhlükəsiz olacaq və infeksiyadan müdafiədə effektivdir, ancaq söhbət dəqiq hansı peyvənddən gedir, bu hələlik məlum deyil. Yalnız üçüncü mərhələnin nəticələri məsələyə aydınlıq gətirəcək”, - təşkilatda qeyd ediblər.
ÜST-ün bu günə olan məlumatına görə, hazırda dünyada 200-dən çox koronavirus peyvəndi hazırlanır, artıq onlardan 30-u insanlar üzərində sınaqdan keçirilir. Preparatın yaradılması beş mərhələdən keçir, klinikaya qədərki tədqiqatlar - 1-ci mərhələ - insanların kiçik qrupları üzərində sınaq, 2-ci mərhələ - təhlükəsizliyin və dozanın yoxlanılması, 3-cü mərhələ - məqsədli yaş qruplarının ayrılması ilə yüzlərlə insanda genişləndirilmiş sınaqlar, 4-cü mərhələ - minlərlə insan üzərində yoxlama və sonuncu vaksinin təsdiq edilməsi mərhələsi.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












