Dünyada ən uzun müddətli koronavirus xəstəsi aşkarlandı

Braziliyada beş ay COVID-19 daşıyıcısı olmuş pasiyent aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Rio-de-Janeyro Federal Universitetinin Molekulyar Virusologiya laboratoriyasına istinadən “O Globo” qəzeti yazıb.
Məlumata görə, söhbət qadından gedir. O, 152 gün ərzində koronavirus daşıyıcısı olub.
Qəzet qeyd edib ki, həmin şəxs xəstəliyin simptomlarını hiss etməyib. Lakin mətbu orqanın yazdığına görə, qadın bu müddətdə başqalarını virusa yoluxdura bilər.
Nəşrin bildirdiyinə görə, bu, dünyada virusun insan orqanizmində ən uzun müddətli mövcudluğu ilə bağlı qeydə alınan ilk faktdır. Eyni zamanda bu, koronavirusun simptomsuz yayılmasıdır.
Adı açıqlanmayan pasiyent səhiyyə sistemində işləyir. Martda onda COVID-19-un yüngül simptomları aşkarlanıb. Bundan sonra qadın ev karantinində olub və beş ay sonra vəzifəsinin icrasına qayıdıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












