Dünyada koronavirusa yoluxanların sayı 8 milyon 600 mini ötdü

Dünyada koronavirusa yoluxan 4 550 515 nəfər sağalıb, 456 777 nəfər isə virusdan ölüb. İndiyədək 8 600 768 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halları ABŞ (2 263 749), Braziliya (978 142) və Rusiyada (569 063) qeydə alınıb.
Məlumata görə, son 4 gündə dünyada 600 mindən çox insan koronavirusa yoluxub.
Qeyd edək ki, iyunun 14-nə olan məlumata görə, Azərbaycanda indiyədək 11 329 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 583 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 139 nəfərdir.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 184 031 nəfər koronavirusa yoluxub. Onlardan 4 882 nəfər ölüb, 156 022 nəfər sağalıb. İranda isə 197 647 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 9 272 nəfər pandemiyanın qurbanı olub, 156 991 nəfər sağalıb. Qonşu ölkə Gürcüstandakoronavirusa yoluxanların ümumi sayı 895-ə çatıb. Onların 741-i artıq sağalıb, 14-ü isə vəfat edib.
Ermənistanda indiyədək 19 157 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 319 nəfər ölüb, 8 266 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












