Dünyadakı milyarderlərin sayı rekord həddə çatıb

Dünyadakı milyarderlərin sayı və onların ümumi sərvəti 2019-cu ildə rekord həddə olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Wealth-X” şirkətinin hesabatı göstərir.
Araşdırmaya görə, 2019-cu ildə dünyada 2 825 milyarder olub ki, bu, öncəki illə müqayisədə 221 nəfər və ya 8,5% çoxdur. Onların ümumi sərvəti illik müqayisədə 10,3% artaraq 9,4 trilyon ABŞ dollarına çatıb.
Şirkətin versiyasına görə, 2019-cu ilin yekunları üzrə milyarderlərin sayına görə ölkələrin sıralamasında TOP-5 belədir: ABŞ (788 nəfər), Çin (342 nəfər), Almaniya (153 nəfər), Rusiya (114 nəfər), İsveçrə və Böyük Britaniya (hərəsində 100).
ABŞ dolları milyarderlərinin sayı çox olan ölkələrin və ərazilərin siyahısına həmçinin Honkonq, Hindistan, Səudiyyə Ərəbistanı, Fransa, İtaliya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Sinqapur da daxildir. Adıçəkilən bu 15 ölkədə dünyadakı milyarderlərin dörddə üçündən çoxu yaşayır.
Ən çox milyarder - 113 nəfər Nyu Yorkda yaşayır. Ardınca Honkonq və San Fransisko gəlir: müvafiq olaraq 96 və 77 milyarder. Siyahıda dördüncü sırada isə Moskva (73 nəfər) qərarlaşıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











