Banner

Əfv sərəncamının icrasına başlanıldı - YENİLƏNİB

Gündəm 23 Sentyabr 2026 15:07
Əfv sərəncamının icrasına başlanıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Avtosfer.az xəbər verir ki, müəssisədən 4 nəfər azadlığa buraxılıb.

Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, bu gün imzalanan əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

***14:23

Bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.

Avtosfer.az-ın məlumatına görə, əfv sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1 nəfər isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

Əfv edilənlərdən ikisi Türkiyə, ikisi Pakistan, biri Rusiya, biri Fransa və 14-ü isə Azərbaycan vətəndaşlarıdır.

Oxunub : 194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh