Ehsan Zahidovdan toyla bağlı daha bir açıqlama: “Mən elə söz deməmişəm”

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı qalmaqal davam edir. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı müvafiq qurumların izahat verməsi tələb olunur.
Karantin qaydalarına riayət olunmasına nəzarət edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə toy mərasiminin keçirilmədiyini, bir neçə nəfərin iştirakı ilə toplantı təşkil olunduğunu deyib.
“Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”. – deyə o, bildirib.
Lakin həmin mərasimdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Yenisabah.az-a müsahibəsində toy mərasiminin keçirildiyinin təsdiqləyib. İddia edib ki, mərasimdə karantin qaydalarına riayət olunub.
Bundan sonra Yenisabah.az saytı DİN-nin sözçüsü Ehsan Zahidovla əlaqə saxlayaraq mərasimin bir-iki nəfərin iştirakı ilə keçirilən toplantı olmadığını, Siyavuş Novruzovun da bunu təsdiq etdiyini onun diqqətinə çatdırıb və məsələ ilə bağlı hansısa tədbirin görülüb-görülməyəcəyini soruşub. Maraqlıdır ki, Ehsan Zahidov bir neçə saat əvvəl Yeniavaz.com-a dediklərinin təkzib edib. O bildirib ki, heç kimə açıqlama verməyib.
“Mən heç kəsə açıqlama verməmişəm. Ümumiyyətlə, biz bu barədə açıqlama verməmişik. Daxili İşlər Nazirliyindən də açıqlama olsa, onu mən verərəm, mən də verməmişəm”, - deyə DİN-in sözçüsü vurğulayıb.
Ehsan Zahidov məsələ ilə bağlı hansı tədbirin görülüb-görülməyəcəyi barədə isə bunu deyib: “Bilmərəm, onu bilmərəm”.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










