Ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyici tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb.
“Faktla bağlı Servis-N" MMC barəsində protokol tərtib olunub və Cəmiyyətin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib: "Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












