Ekspert : “Daşıyıcı şirkətlərə dövlət dəstəyinin göstərilməsi arzuolunandır”

Pandemiyanın ölkədə yayıması bir çox fəaliyyət sahələri kimi sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin də fəaliyyətinə təsirsiz ötüşə bilməz.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Sfera.az saytına verdiyi açıqlamada Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev də təsdiq edib. Ekspert bildirib ki, sərnişin sayının azalması bu şirkətlərin rentabelliyini şübhə altına alır:
"Ölkədə sərt karantin rejiminin tətbiq edilməsi gündəlik sərnişin sayında təbii olaraq azalma yaradıb. Çünki bir sıra istisnalar olmaqla insanların evdə qalmaları məcburi elan edilib. Müəssisələrdə işçilərin işə çıxmalarına məhdudiyyətlər tətbiq olunub. Belə olan halda şirkətlərin fəaliyyətinin rentabelliyi də şübhə altına düşüb. Lakin şirkətlər fəaliyyətini davam etdirir və üzərinə qoyulmuş sosial məsuliyyətin öhdəsindən gəlir. Belə bir həssas dövrdə şirkətlər dövlətin çağırışına səs verirsə bu artıq vəhdətin göstəricisidir. Şirkətlərə karantin günlərində xüsusi qaydalara riayət etmək tapşırılıb. Xüsusən "Bakubus”, "Xalid Faiqoğlu” və digər bir sıra şirkətlər bu tələblərə cavab verir. Tələblərə cavab verməyən şirkətlər zaman keçdikcə bazardan çıxarılacaq. Bunun son dövrlərdə də şahidi olduq”.
Ekspert qeyd edib ki, daşıyıcı şirkətlərə xüsusi dövlət dəstəyinin göstərilməsi arzuolunandır:
"Pandemiya şəraitində insanlara ön cəbhədə xidmət göstərən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. Daşıyıcıların bu dövrlərdə xidmətləri danılmazdır. Lakin mövcud sərnişin azlığı ilə əlaqədar daşıyıcı şirkətlərin vəziyyəti pisləşə bilər. Avtobuslar xətlərdə əvvəlki qədər sərnişin daşımırlar. Bunun müqabilinə onların yanacaq sərfiyyatı və digər xərcləri yaranır. Bütün bunları nəzərə alaraq daşıyıcı şirkətlərə dövlət tərəfindən əlavə yanaşma olaraq maddi dəstəyin göstərilməsi arzuedilən olardı.
Qeyd edim ki, sərnişindaşıma sosial mahiyyət daşıyır və bir çox ölkələrdə sərnişindaşıma xərcləri dövlət tərəfindən dotasiya olunur. Yəni sərnişindaşıma üçün qoyulan qiymət dotasiyalı qiymət olur. Azərbaycanda da bütün daşıyıcılara bərabər dotasiya edilməsi rentabelli işləməyə təkan verməklə həm də normal rəqabət mühiti yaradar”.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










