Ekspres avtobusların fəaliyyəti bərpa edilməlidirmi?

Xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar mart ayının 23-dən iyunun 4-nə kimi Bakıda ekspres avtobusların fəaliyyəti təşkil edildi.
İyunun 21-də xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra ekspres xətlərin bərpa edilməsinə ehtiyac varmı?
Bu barədə Sfera.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda xüsusi karantin dövründə ekspres avtobusların xətlərə buraxılması vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı:
"Xüsusən, həmin dövrdə metro işləmədiyi üçün bu xətlərin istifadəsinə ehtiyac yaranmışdı. Müxtəlif təhlillər aparaq, gün ərzində sıxlıq müşahidə olunan saatlarda və istiqamətlərdə ekspres xətlərin yaradılmasını gündəmə gətirmək olar. Pandemiyanın ən çox yayıla biləcəyi yerlərdən biri ictimai nəqliyyatdır. Təəssüf ki, avtobuslarda sərnişin sıxlığı hələ də tənzimlənə bilmir. Müxtəlif tədbirlər görülsə də, sərnişinlər sosial məsafə qaydalarına əməl etmirlər. Bəzən onları qınamaq da olmur. Çünki avtobusların sayı yetərli deyil və saatlarla dayanacaqda gözləmək mümkün olmur. Vətəndaş ona evdə çıxmaq üçün verilən iki saatlıq müddəti dayanacaqda avtobus gözləməklə keçirmək istəmir. Ona görə də sıxlıq yaransa da, avtobusa minib mənzil başına çatmağa çalışır”.
Ekspert bildirib ki, ekspres avtobusların yenidən istifadəyə verilməsi ilə bağlı təhlillər aparmaq lazımdır:
"Hansı istiqamətlərdə sərnişin azlığı müşahidə olunursa, həmin marşrutlardan avtobusları daha çox sıxlıq olan yerlərə yönləndirmək olar. Eyni zamanda, təhlil aparmaqla sərnişin axınını müəyyənləşdirib ekspres xətlər yaratmaq olar. Sərnişinləri hava limanına daşıyan avtobuslar var. Nəzərə alsaq ki, bu gün hava limanına sərnişin axını çox deyil, həmin avtobusları da müəyyən istiqamətlər üzrə ayırmaq məqsədəuyğundur. Bir manatlıq taksidənsə həmin avtobuslardan istifadə daha faydalıdır. Elə bir sistem qurulmalıdır ki vətəndaşlar rahat hərəkət edə bilsinlər. Ekspres xətlərin həm metrostansiyaları boyunca, həm də başqa istiqamətlər üzrə yaradılması təhlil edilə bilər”.
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq










