Əliyev Natiqin şəhid olma səbəbi... - Düşmən beynəlxalq hüququ pozubmuş

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir.
Avtosfer.az-ın məlumata görə, şəhidimiz sanitar-təlimatçı olub.
O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb.
Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə tutub. Nəticədə kiçik çavuş Natiq Əliyev şəhid olub.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Cenevrə Konvensiyasına əsasən sanitar nəqliyyat vasitəsi konflikt zamanı xüsusi statusa və müdafiə olunmaq hüququna malikdirlər.
Roma Statutunda qeyd edilir ki, beynəlxalq və ya qeyri-beynəlxalq silahlı konflikt zamanı tibbi personala qəsdən hücum etmək humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən hərbi cinayətdir.
Belə oxşar hadisələrdən biri də ötən ilin oktyabrın 6-da Ağdamın "Dörd yol” adlanan ərazisində baş vermişdi. Həmin vaxt yaralı hərbçimizi daşıyan ambulans düşmənin ağır artilleriyadan atəş açdığı mərminin hədəfi olmuşdu.

Onu da xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı ermənilərin beynəlxalq hüquq normalarını pozması nəticəsində bir neçə sanitar-təlimatçımız şəhid olub.
(Qafqazinfo)
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











