Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı

"Mandarin Travel" turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib.
Avtosfer.az xəbər verir ki, "Mandarin Travel" turizm şirkətinin direktoru Ellada Kərimova onlarla vətəndaşın pullarını mənimsəməkdə ittiham olunur. Aldanan müştərilər hüquq-mühafizə orqanlarına müraciət ediblər, bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsi Xətai Rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanılması barədə vəsatət göndərib.
Ellada Kərimova 15 ildən çoxdur turizm agentliyinə rəhbərlik edib. Dələduzluqla bağlı cinayət işi təkcə onun özünə deyil, həmçinin əri Ceyhun Abbasov və oğlu Elmeddinə qarşı da açılıb. Ancaq Kərimova keçmiş MTN polkovniki Ofeliya Əbilhəsən qızı Mahmudova kimi nüfuzlu bir himayədar tapıb.
Mahmudovanın əlaqələri sayəsində Ellada Kərimova və övladları Elmeddin və Tamara ölkədən qaçmağı, hətta xaricdə iş tapmağı da bacarıblar. Kərimovanın əri Ceyhun Abbasov Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnikinin "canlı girovu” olaraq qalıb.
Bununla yanaşı, Ellada Kərimova tərəfindən aldadılan vətəndaşlar polisə müraciət etməyə başlayıb, bundan sonra cinayət işi aktuallaşdırılaraq Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Ellada Kərimovanın özü də axtarışa verilib. Virtualaz
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO











