Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirilib? - Nazirlikdən CAVAB

Bəzi sosial media səhifələri və informasiya resurslarında tanınmış reper Elşad Xosenin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi və səhhətinin ağır olduğu barədə xəbərlər yayılıb.
Avtosfer.az xəbər verir kik, modern.az məsələ ilə bağlı iddialara aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur.
"Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər", - deyə rəsmi cavabda vurğulanıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












