Əmək haqqının artması özəl sektora necə təsir edəcək? – AÇIQLAMA

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Bəs minimum əmək haqqının artması özəl sektora necə təsir edəcək? Bir-biri ilə əlaqədar olan maaş artımı bahalaşmaya səbəb olacaqmı?
Mövzu ilə bağlı iqtisadçı ekpsert Xalid Kərimov Avtosfer.az-a bildirib ki, minimum əmək haqqının artması özəl sektora təsir göstərəcək:

“Çünki minimum əmək haqqı təkcə dövlət sektorları üçün deyil, mülkiyyət formasından asılı olmayaraq bələdiyyələr, dövlət mülkiyyətində olan və özəl şirkətlərə aiddir. Minimum əmək haqqının artması digər pillələrdə də şirkətlərin ranqlaşdırılmasına təsir göstərir. Heç bir şirkət minimum əmək haqqından aşağı əmək haqqı təyin edə bilməz və bu artım özəl sektorun xərcini artıracaq. Nəticədə mağazalarda və restoranlarda qiymət artımına gətirib çıxardacaq. Əmək haqların artımı qiymətlərin qalxmasını tətikləyən amillərdən biridir. Mən birmənalı olaraq artacağını demirəm, amma hökumət gələn il üçün 4 faizlik inflyasiya proqnozlaşdırılıb”.
Ekspert əlavə olaraq bildirib ki, bu il minimum əməkhaqqı artmasa da yanacağın, ictimai nəqliyyatın qiyməti qalxdı: “İlin birinci yarısı inflyasiya yox idi amma ikinci yarısında bu proseslər müşahidə olundu. Bundan başqa minimum əmək haqqı artanda dövlət və özəl sektorda olan aşağı pillə deyil, dövlət sektorunda olan vahid tarif cədvəli ilə əməkhaqqı alan şəxslərində əməkhaqqı artır. Ümumiyyətlə minimum əmək haqqının artımı, bazar səviyyəsini artırır və bir neçə aydan sonra orta əmək haqqında yüksəlməsinə təsir göstərir”.
Eltac Zülfüqaroğlu
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR








