Ən böyük idarə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, sərəncamla “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Nazirlər Kabinetinə (NK) “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin, NK-ya “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis”ə ayrılmasını təmin etmək tapşırılıb.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












