Ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb

2024-cü ilin yekunlarına görə, ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 20 ölkənin yer aldığı və Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) tərəfindən hazırlanan reytinqdə yalnız ixracatçı ölkələr tərəfindən silah və hərbi texnikanın tədarükü üçün müəyyən edilmiş müqavilələr nəzərə alınıb.
Ən çox silah ixrac edən ölkələrin reytinq cədvəlinə ABŞ (42,329 milyard dollar-37,92%) başçılıq edir.
Siyahıda ikinci pillədə Rusiya (13,75 milyard dollar-12,32%), üçüncü yerdə Fransa (7,698 milyard dollar-6,90%), dördüncü yerdə Cənubi Koreya (5,691 milyard dollar-5,10%) gəlir.
İlk beşliyi (5,690 milyard dollar-5,10%) İtaliya tamamlayır.
Çin siyahıda (3,216 milyard dollar-2,88%)10-cu, Türkiyə Respublikası isə (2,536 milyard dollar) 13-cü pillədə qərarlaşıb. Ən çox silah satan ölkələrin ilk 20-liyində Almaniya, İsveç, İsrail, Norveç, İspaniya, Böyük Britaniya, Niderland, Avstraliya, İsveçrə, Polşa, Kanada, Hindistan və Braziliya yer alıblar.
2024-cü ildə adi silahların dünya ixracı/idxalının həcmi BMT Reyestrinin təsnifatına və Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin qiymətləndirməsinə görə 111,615 milyard dollar təşkil edib ki, bu da Soyuq Müharibə dövrünün bitməsindən bəri ən yüksək nəticədir.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










