Erməni polkovnik maşın oğrusu imiş; “Qazprom Armeniya”da oğurluq edib

Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti barəsində açılan cinayət işinin ibtidai istintaqı baş çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, polkovnik Q.D İkinci Qarabağ müharibəsi zamanı vəzifədən sui-istifadə edərək vətəndaşlardan külli məbləğdə - 8 milyon dram (17 min dollara yaxın) rüşvət alaraq onları ön cəbhəyə göndərməyib, həmin şəxslərin başqa hərbi hissələrdə xidmət etməsinə şərait yaradıb.
Məlumata görə, Q.D-nın 2020-ci ilin oktyabr-noyabr aylarında Zəngəzur vilayətinin Gorus rayonunda xidməti səlahiyyətindən istifadə edərək “Qazprom Armeniya”ya məxsus 3 milyon 680 min dram (8 min dollar) dəyərində “UAZ” markalı avtomobili oğurlaması təsdiqlənib.
Qeyd edək ki, bu cinayət işi üzrə ümumilikdə 22 nəfər ittiham olunur.
“Report”
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











