Ermənistan rəhbərliyinin sülhlə bağlı açıqlamaları ictimaiyyəti çaşdırma cəhdləridir - POLİTOLOQ

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı görüşündən və sülh müqaviləsinin paraflanmasından sonra İrəvan tərəfi bir sıra açıqlamalar verməyə başlayıb. Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan, sonra isə XİN rəhbəri Ararat Mirzoyanın açıqlamaları bir sıra suallar doğurub. Onların Ermənistanın sülhə hazır olması ilə bağlı açıqlamaları dünya ictimaiyyətini çaşbaş salıb. Belə ki, uzun illər işğalçı siyasət aparan, hətta müharibə başlamazdan əvvəlki son illərə qədər Paşinyanın Şuşaya və ətraf ərazilərə səfərləri bu ölkənin rəhbərliyinin düşüncələrinin hansı yöndə olduğunu göstərir. Ararat Politoloqların fikrincə, Mirzoyan isə yenidən Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olduğunu deməsi Ermənistanın ucuz siyasətlərindən birinə hesablanıb.
Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlama verən Zeynal Əmrəliyev deyir ki, Ermənistan xarici işləri nazirinin açıqlaması Azərbaycanla münaqişənin artıq bitirilməsi yönündə müəyyən qədər İrəvanın hərəkətliliyini göstərir.

“Bundan əvvəl də Ermənistan tərəfindən bu cür açıqlamalar olmuşdur ki, biz artıq Azərbaycanla sülh üçün hazırıq və sülh müqaviləsi imzalanmalıdır. Ancaq sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının tələb elədiyi əsas şərt odur ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir.
Biz Mirzoyanın açıqlamasında bunun şahidi oluruq ki, yenə Ermənistan tərəfi tələm-tələsik müqavilə bağlanması yönündə təşəbbüslər göstərir. Bu, əslində, çox da optimist bir yanaşma deyil bizim baxımdan. Çünki, dediyim kimi, Ermənistan Konstitusiyasında hansı ki maddələr var, həmin maddələrin dəyişdirilməsini Azərbaycan tərəfi dəfələrlə bəyan edib.
Çünki həmin maddələrdə həm Azərbaycana qarşı, həm Türkiyəyə qarşı kifayət qədər ərazi iddiaları var. Məsələn, onlar Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad edilib və bəyannamədə də Azərbaycan və Türkiyəyə qarşı kifayət qədər ərazi iddiaları var. Mirzoyanın bu dəfəki açıqlamasına diqqət etsək, Nikol Pashinyanın artıq Rusiyaya səfərindən sonra Ermənistanın mövqeyində müəyyən qədər dəyişiklik ab-havasının yaşanmasının şahidi ola bilərik.
Çünki Ermənistan Vaşinqton görüşündə müəyyən qədər bu məsələlərlə bağlı razılaşma əldə etmişdi. Yəni, biz də bəyan etmişdik ki, Vaşinqton görüşündə Azərbaycanla arasında sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi məhz Ermənistan Konstitusiyasında olan həmin maddələrdir. Buna görə müqavilə paraflandı, imzalanmadı.
Ermənistan tərəfinin hazırda əsas işi məhz Konstitusiyada dəyişikliyidir. Çox təəssüflər olsun ki, hələ də bu dəyişikliyi həyata keçirməyiblər. Mirzoyanın açıqlamasından da aydın olur ki, Ermənistan hələ də bu dəyişikliyi həyata keçirmək niyyətində deyil.
Sadəcə özünü sülhpərvər tərəf kimi dünyaya göstərərək sülh müqaviləsinin imzalanmasını istəyir. Ancaq bu şərtlər daxilində sülhün imzalanması mümkün deyil”.
Səfər
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










