Ermənistan Zəngəzur dəhlizini amerikalılara vermək istəyir? – RƏSMİ AÇIQLAMA

Ermənistan Qərbi Zəngəzurdan (Sünik vilayəti) keçən yolun nəzarət səlahiyyətlərinin beynəlxalq şirkətə verilməsinə qarşı deyil. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnaçakan Safaryan “Azadlıq Radiosu”na müsahibəsində deyib.
Safaryan müsahibəsində bildirib ki, danışıqlar zamanı adətən bütün gündəlik üzrə mövzular müzakirə olunur:
“Fərqli təkliflər təqdim olunub, biz bununla bağlı açıqlamalar vermişik (söhbət Zəngəzurdakı yolun nəzarət səlahiyyətlərinin Amerika şirkətinə verilməsindən gedir). Bu, Ermənistanın maraqlarına nə qədər cavab verərsə, nə qədər məqsədəuyğun hesab olunarsa, baş verə bilər, ya da baş verməyə bilər… Bu, tərəflərin razılığına bağlıdır, hər iki tərəfin öz mövqeyindən razı qalacağı halda mümkündür, amma indi bu barədə konkret fikir söyləmək çətindir”.
"Ermənistan üçün yolun blokadadan çıxarılması funksiyalarının beynəlxalq şirkətə verilməsi mümkündürmü?" sualına isə Safaryan müsbət cavab verib:
“Əgər bu, elan etdiyimiz prinsiplərə tam cavab verirsə, bəli, həyata keçirilə bilər. Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində olmalıdır. Əgər bu prinsiplərə uyğundursa, mümkündür. Bu, müzakirə mövzusudur və qarşılıqlı razılıq təmin olunmalıdır”.
"İrəvan ABŞ-dan bu təklifləri nə vaxt alıb?" sualına isə Safaryan belə cavab verib:
“Dəqiq tarix demək çətindir, amma təkliflər olub... Yenidən vurğulamaq istəyirəm ki, əgər bu, Ermənistanın maraqlarına uyğun gəlirsə və blokadanın aradan qaldırılması çərçivəsinə daxil olursa, o zaman nəzərdən keçirilə bilər”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












