Ermənistanda koronavirusdan ölən qadının meyiti tapılıb

Abovyanda koronavirusdan ölən qadın Gümrüdə dəfn olunub. Bu barədə Naira Zöhrabyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, qadını Nor Açində dəfn ediblər, meyit açılaraq eksqumasiya olunacaq.
***17:30
Ermənistanda koronavirusdan ölən yaşlı qadının meyiti yoxa çıxıb. Bu barədə Çiçəklənən Ermənistan Partiyasından deputat Naira Zöhrabyan bildirib.
Onun sözlərinə görə, qadının meyiti 2 gündür tapılmır. O, yaşlı koronavirus xəstəsinin öldüyü və meyiti Aovyan şəhər morqundan götürmək üçün ailə üzvlərinə məlumat verildiyini bildirib. Ancaq ailə üzvləri meyiti götürməyə gedəndə sanitar deyib ki, üstündəki yazını oxuya bilmədiyi üçün meyiti başqasına verib.
Hadisədən 3 gün keçməsinə baxmayaraq, meyit hələ də tapılmayıb.
Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində hadisədən xəbərdar olduqlarını, polisin də məlumatlandırıldığını, axtarışın davam etdiyini yazıb. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











