Ermənistanlı deputat: "Hökumət iqtisadiyyatla bağlı yalan məlumat verib"

“Ermənistan iqtisadiyyatı ilə bağlı rəsmi statistikaya inanmıram”. Bunu Ermənistan parlamentindəki qərbyönlü sayılan müxalifət fraksiyasının lideri, İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələri böhran vəziyyətindədir və açıqlanan rəqəmlərdə bu özünü əks etdirmir.
Qeyd edək ki, Ermənistan Statistika Komitəsinin açıqlamasına əsasən, 2020-ci ilin birinci yarısında iqtisadi tənəzzül 4,7 faiz, sənaye istehsalının həcmi 1,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz azalıb, tikinti sektorunda tənəzzül 23,4 faiz, ticarət dövriyyəsində 11,1 faiz, xidmətlərin həcmində (ticarət istisna olmaqla) 6,4 faiz, ixracatda 6,5 faiz, idxalatda 12,9 faiz təşkil edib.
E.Marukyan bu rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayıb. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











