Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda polis əməkdaşı İlqar Hüseynzadənin əsgərlərə aparılan payı mənimsədiyi üçün işdən çıxarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, bu informasiya xaricdə oturub həqiqətə uyğun olmayan, uydurma məlumat yayanların, dövlətin, millətin ünvanına şər-böhtan atanların növbəti təxribatıdır:
“Deyilənlər həqiqəti, reallığı əks etdirmir. Birincisi, Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir, ordumuzun heç bir kənar yardıma, ərzağa ehtiyacı yoxdur. İkincisi, hansısa bir vətəndaş yardım gətiribsə, bunun da polisə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin polis serjantının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır.
Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verməsinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisinin əmri ilə xidmətdən xaric olundu. Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı da yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











