Ev şəraitində müalicə alan koronavirus xəstələri bunları bilməlidir - Tanınmış alim açıqladı

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev müsahibə verib.
Ev şəraitində tətbiq olunan protokolda "Arbidol" preparatının olması və koronavirus xəstələrinə verilməsi nə dərəcədə məsləhətlidir?
- İlk olaraq hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, rəsmi və ya qeyri-rəsmi protokol olduğunu dəqiqləşdirmək çətindir. Ancaq mənə göndərilən mesajlara əsaslanaraq demək istəyirəm ki, bəzi qurumlar "arbidol"u virusun müalicəsində məsləhət görür. Və bildirirlər ki, Almaniya və Avropada müasir qaydalara uyğundur.
Ancaq mən burdan bildirmək istəyirəm ki, həmin "Arbidol" preparatı daha çox Çində və Rusiyada COVİD 19-un müalicəsində istifadə olunur.
Bir daha bildirim ki, bu preparat nə Avropada, nə də Almaniyada istifadə olunmur və xüsusi preparatlar siyahısına daxil deyil.
- Ev şəraitində testlərin və rentgenin aparılması düzgündür?
- Ev şəraitində rentgen müayinəsinin bu xəstəliyin diaqnostikasında heç bir əhəmiyyəti yoxdur. Bu məsələyə ciddi yanaşın, əlavə olaraq rentgen şüalarının nə qədər zərərli olduğunu hər kəs bilməlidir və bunu nəzərə almalıdır. Ümumiyyətlə, rentgen müayinəsinin bu xəstəlyin diaqnozunun qoyulmasında heç bir əhəmiyyəti yoxdur. Bu ağciyərdə yaranan dəyişikliyi yoxlamaq üçün edilməlidir.
Testlər ev şəraitində də aparıla bilər. Bunda problem görmürəm.
- Ciddi karantin rejimi bitdikdən sonra nə etməliyik? Özümüzü necə qorumalıyıq?
- Azərbaycan xalqından çox xahiş edirəm və hər kəsə çağırış edirəm ki, çox diqqətli olsunlar. Karantin rejimi bitdikdən sonra düşünmək lazım deyil ki, karantin müddəti bitdi və biz normal həyatımıza dönməliyik. Təəssüflər olsun ki, bu Avropada, Amerikada və Azərbaycanda da belə olmalıdır ki, sosial məsafə qorunmalı, maskalardan istifadə və gigiyenik qaydalara əməl etmək lazımdır. Əgər bütün bunlara əməl etməsəniz ikinci dalğanın yaranması ilə qarşılaşa bilərsiniz. Yəni, karantinin bitməsi xəstəliyin bitməsi deyil. (Azxeber.com)
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












