“Fərrux yüksəkiliyinin götürülməsi belimizi qıracaq” - Erməni deputat

“Azərbaycanlılar Fərrux kəndindən dayaq məntəqəsi kimi istifadə etmiş, dolama yollar çəkmişlər ki, onların da məqsədi Daşbaşı yüksəkliyinin müxtəlif hissələrinə çatmaq, dayanacaq əldə etmək və fasiləsiz təchizatı təmin etmək üçün onları möhkəmləndirməkdir”.
Avtosfer.az xəbər verir ki, bunu müxalif “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan Azərbaycan ordusunun martın 24-də Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsindən narahatlıq keçirərək öz feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, çoxlarının ərazi və strategiya baxımından Fərrux kəndinin və Daşbaşı dağ silsiləsinin nə olduğu barədə zəif təsəvvürü var:
“Azərbaycan son irəliləyişi zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. Bunu ona görə yazıram ki, bilmədən və ya bilərəkdən bəziləri Fərrux kəndini müzakirə obyektinə, yaxud prinsipial məsələyə çevirir, lakin Daşbaşı silsiləsinin ayrı-ayrı hissələri Fərruxla müqayisədə çox mühüm strateji əhəmiyyətə malikdir”.
Abramyan bildirib ki, azərbaycanlılar Fərruxdan aralıq zona kimi istifadə ediblər:
“Azərbaycan öz qoşunlarını ilkin mövqelərinə qaytarmasa, o zaman bizim belimizi qırmaq üçün hazırda Qarabağın bizim nəzarətimizdə olan hissəsində (Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan əraziləri – red.) görünməmiş vəziyyət yaranacaq”.
“Qafqazinfo”
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












