“Formula-1” çempionu qarət olundu

Fransanın cənubunda naməlum cinayətkarlar “Formula-1” çempionu və onun arvadını yuxuya verib “Maklaern”in pilotu Censon Battonu qarət ediblər.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, polisin versiyasına görə, qarətçilər britaniyalının San-Tropedəki evinin ventilyasiya sisteminə yuxu gətirən qaz buraxıblar.
Malikanənin sahiblərinin yatdığından əmin olan cinayətkarlar binaya daxil olaraq ümumilikdə 300 min avro dəyərində olan zinət əşyalarını oğurlayıblar.
Qeyd edək ki, oğurlananlar arasında Miçibatanın nişan üzüyü də olub, onun dəyəri isə 250 min avro olub.
“Bu qarət növü son beş ildə populyar olub. Bundan çox təcrübəli və usta cinayətkarlar istifadə edirlər, onlar əsasən böyük və zəngin malikanələri qarət edirlər. Zərərçəkənlər yalnız ertəsi gün otağın altının üstünə çevrildiyini gördükləri zaman qarət edildiklərini anlayırlar. Çoxları üçün qarət zamanı cinayətkarların onlarla bir otaqda olmalarını və özlərinin isə köməksiz vəziyyətdə olmalarını qəbul etmək çətin olur”, - San-Trope polis bölməsinin mətbuat xidmətində qeyd ediblər.
Xatırladaq ki, 35 yaşlı britaniyalı Censon Batton 2009-cu ildə “Formula-1”-in çempionu olub.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










