"Formula-1" ulduzunun ailəsi dağıldı - FOTO

Beynəlxalq "Formula-1" yarışlarında çıxış edən "McLaren Honda" komandasının ulduzu, 2009-cu ildə dünya çempionu olmuş Censon Batton boşanır.
Avtosfer.az xəbər verir ki, o, model xanımı Cessika ilə bir illik nikahdan sonra ayrılmaq qərarına gəlib.
Ötən ilin sonlarında Havay adalarındakı təntənəli toy mərasimi ilə ailə quran 25 yaşlı Censonla 31 yaşlı Cessika 2008-ci ildə Tokiodakı otellərdən birinin barında tanış olmuşdular. Səkkiz ay sonra isə onlar birlikdə yaşamağa başlamışdılar.
2014-cü ildə, Müqəddəs Valentin günündə Censon Batton sevgilisinə 400 min dollarlıq nişan üzüyü təqdim etmiş və Cessika ilə nişanlanmışdı.
Əsasən "TAG Heuer" brendi ilə əməkdaşlıq edən Cessika Batton sonradan ailə həyatından narazı qalmışdı.
"Censon yarışlardadır, müxtəlif ölkələrdədir. Evlənməzdən əvvəl daha çox bir yerdə olurduq", - Cessika demişdi.
Censon Batton əsasən Monakoda yaşayırdısa, Cessika anası ilə Tokioda, kiçik mənzildə idi.
Censon və Cessika evlənəndə nikah müqaviləsi bağlamadıqlarından boşanma prosesində əmlak bölgüsü problemi yaranmayacaq.
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI










