Fransa yenidən sərhədlərini bağlaya bilər

Gündəm 25 İyul 2020 12:23
Fransa yenidən sərhədlərini bağlaya bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransanın Səhiyyə naziri Olivye Veran etiraf edib ki, ölkə hökuməti COVID-19 infeksiyasının yayılması səbəbindən sərhədlərin yenidən bağlanması ehtimalını istisna etmir.

“Pais” nəşri xəbər verir ki, nazirin fikrincə, Fransa hökuməti qonşu ölkələrdə epidemiyanın inkişafını diqqətlə izləyir.

Bununla belə, o, sərhədlərin yenidən bağlanmasını “çox arzuolunmaz hal” adlandırıb.

“Biz əlimizdən gələni edirik ki, əvvəlki vəziyyətə qayıtmayaq. Heç bir ölkə iqtisadiyyatının iflic olmasını istəmir. Bu, nəzərdən keçirdiyimiz ən son variantdır”, - deyə Veran bildirib.

Oxunub : 832
ŞƏRH YAZ
Ad

E-mail

Şərh