Gecə bəzi yerlərdə 17 dərəcə şaxta olub - AÇIQLAMA
Gündəm
25 Fevral 2021 11:21

“Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən, ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.
İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub:
“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur, Ordubadda bu gecə 2-3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur -6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”.
Oxunub : 616
DİGƏR XƏBƏRLƏR
21 Mart 2026 09:00
21 Mart - Beynəlxalq Novruz Günüdür
20 Mart 2026 22:00
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
20 Mart 2026 20:12
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
20 Mart 2026 20:00
Dizellə bağlı rəsmi məlumat
20 Mart 2026 19:48
Azərbaycana yaz fəsli daxil olub
20 Mart 2026 18:12
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
20 Mart 2026 15:11
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
20 Mart 2026 08:00
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
19 Mart 2026 21:00
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
19 Mart 2026 20:42
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
19 Mart 2026 20:06
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
19 Mart 2026 19:21
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
ŞƏRH YAZ










