Gecə yarısı gizlicə vətəndaşların mülklərini dağıtdılar: Bakıda ŞOK OLAY - VİDEO

Noyabrın 18-dən 19-a keçən gecə Nəsimi rayonu Nəsibbəy Yusifbəyli 48 ünvanında vətəndaşa məxsus 150 kvadratmetrlik qeyri-yaşayış sahəsində söküntü işləri aparılıb.
Publika.az-a daxil olan şikayət məktubunda zərərçəkən Qoşqar Əliyev bildirib ki, ona məxsus olan qeyri-yaşayış sahəsində söküntü işləri qeyri-qanuni olaraq aparılıb. Hadisəni yerində araşdırmaq üçün adıçəkilən ünvana yollandıq.
Qoşqar Əliyevə məxsus qeyri-yaşayış sahəsinin arxa hissəsində söküntü işlərinin aparılmasını müşahidə etdik. Tikilinin arxa hissəsinin divarı tamamilə dağılmış formada idi. Qapı və pəncərələr sındırılmışdı. Söküntü qalıqları ətrafa səpələnmişdi.
Qoşqar Əliyev bildirdi ki, qeyri-yaşayış sahəsi çoxdur, təxminən 150 kvadratmetr sahəyə zərər dəyib: “Hadisə bu gecə baş verib. Biz də söküntünü bu səhər buraya gələndə gördük. Bizə səhər saat 9-da məlumat verdilər. Sırağa gün də giriş hissəyə zərər vurmuşdular. Dedilər ki, bərpa edəcəyik, dünən də yarısını bərpa etmişdilər. Bu gecə isə tikilinin pəncərələrini, qapısını, divarını uçurublar. Divar tamamilə dağıdılıb”.
Zərərçəkənin sözlərinə görə, söküntünü aparan “Marin Group” şirkətinin əməkdaşları olub:
“Sağ tərəfimizdə yaşayış binası tikirlər. 102-yə zəng vurmuşuq, polis gəlib. Ərizə ilə müraciət etmişik. Qarşı tərəf burada “reketlik” edir, heç nəyə məhəl qoymurlar. Konkret olaraq şirkətin mühafizəçiləri qoçu dəstələridir. Vətəndaşın evinə gələnlərə də mane olurlar. Qarşı tərəfdəki tikintinin sahibi Bahadur və Azad adında adamlardır, bir neçə dəfə bizimlə əlaqəyə çıxıblar. Buranı almaq istəyiblər. Biz də satmamışıq. Onlar da burada yaşayış binası tikirlər. Bura bizim qanuni mülkümüzdür. Çıxarışı da var. Dəymiş ziyan hələ ki, hesablanmayıb. Bəlkə də 10 min manatdan çox ziyan dəyib. Paylı mülkiyyətdir, qeyri-yaşayış sahəsidir, 3 nəfərin əlində “kupça”sı var. Xahiş edirik, aidiyyəti qurumlar səsimizə səs versinlər, məsələ araşdırılsın və ölçü götürülsün”.
Qoşqar Əliyevin iddiaları ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı. Qarşı tərəf hətta bizim ərazidə çəkiliş aparmaq cəhdlərimizi hər vəchlə məhdudlaşdırmağa çalışırdı.
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu










