Gediş haqqı qalxmayacaq – Rəsmi

Nəqliyyat sektorunda hər hansı qiymət dəyişikliyi barədə heç bir müzakirə aparılmır. Hazırda bu bizim üçün aktual deyil. Dolların məzənnəsinin dəyişməsi yalnız dərmanların qiymətinə təsir göstərəcək. Avtosfer.az xəbər verir ki, bu barədə axar.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev məzənnə dəyişikliyinin nəqliyyat sektorunda qiymətlərə təsirindən danışarkən deyib. O, bu mövzuda Şura tərəfindən heç bir müzakirənin aparılmadığını bildirib.
BakuBus MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da şirkətə məxsus marşrut avtobuslarında gediş haqlarının artırılmasının nəzərdə tutulmadığını bildirib: “Bununla bağlı Tarif Şurasına müraciət etməmişik”.
Qurum rəsmisi həmçinin qeyd edib ki, “BakuBus”a məxsus marşrut xətlərində süni qiymət artımı mümkünsüzdür: “Çünki ödəmə "Bakı kart"la aparılır. Odur ki, sərnişinlər rahat şəkildə avtobuslarımızdan istifadə edə bilərlər”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-dən etibarən dollar üzən məzənnə rejiminə keçib.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












