Gələn il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlanıb

Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişlər müəyyənləşib.
Avtosfer.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.
Sənəddə əks olunan sağlamlıq tələbləri və göstərişlər aşağıdakı kimidir:
Ümumi sağlamlıq tələbləri
Zəvvarların və ziyarətçilərin sağlamlığına və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Buna əsasən, yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir.
Aşağıdakı xəstəlikləri olan şəxslər Həccə getməkdən çəkinməlidirlər:
Xroniki ürək, böyrək və ya ağciyər xəstəlikləri;
Mərkəzi sinir sisteminin xroniki xəstəlikləri (məsələn, insultdan sonra yaranan hallar);
Diabet, immunçatışmazlıq və ya bədən müqavimətini azaldan xəstəliklər;
Hamilə qadınlar;
Uşaqlar və yaşlı insanlar;
Kimyaterapiya alan və ya xərçəng xəstələri.
Yoluxucu xəstəliklərə qarşı tədbirlər
Səudiyyə Ərəbistanı Krallığına gəlmək istəyən zəvvarlar üçün COVID-19 peyvəndi tələb oluna bilər.
Peyvənd yalnız Səudiyyə Ərəbistanında təsdiq edilmiş vaksinlərdən biri olmalıdır.
Peyvənd səyahətdən ən azı 10 gün əvvəl, lakin 12 aydan çox olmayan müddətdə vurulmalıdır.
Epidemioloji vəziyyətə əsasən, Səudiyyə Ərəbistanı əlavə tələblər tətbiq edə bilər.
Məcburi peyvəndlər
a) Beyin qişası iltihabı (meninqokokk infeksiyası – ACWY)
Bütün zəvvarlar üçün məcburi peyvənddir.
Dördmikroblu meningokokk peyvəndi (ACWY) tələb olunur.
Peyvənd Səudiyyə Ərəbistanına gəlməzdən azı 10 gün əvvəl, amma 3 ildən çox əvvəl olmamalıdır.
Peyvənd haqqında beynəlxalq sertifikat təqdim olunmalıdır.
b) Digər peyvəndlər (tövsiyə olunanlar)
Mövsümi qrip (influenza) peyvəndi;
Sarı qızdırma və poliomielit peyvəndləri - yalnız həmin xəstəliklərin mövcud olduğu ölkələrdən gələn zəvvarlara tətbiq olunur.
Giriş və səhiyyə nəzarəti tədbirləri
Səudiyyə Ərəbistanına gələn zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər.
Sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq.
Lazım gəldikdə, əlavə tibbi tədbirlər və profilaktik nəzarət tətbiq oluna bilər.
Ümumi sağlamlıq tövsiyələri
Qida təhlükəsizliyinə və şəxsi gigiyenaya ciddi riayət edin.
Ziyarət zamanı su qəbulu, istidən qorunma və dincəlmə rejiminə əməl edin.
Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə qulaq asın.
Yoluxucu xəstəliklərdən qorunmaq üçün sıx yerlərdə tibbi maskadan istifadə etmək tövsiyə olunur.
Xəstəlik əlamətləri hiss etdikdə dərhal tibbi yardım tələb edin.
Əlavə qeydlər
Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə əlavə tələblər və peyvəndlər barədə qərar qəbul edə bilər.
Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən yenilənə bilər.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR










