Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müxtəlif vaxtlarında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu ilin aprel ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində televizor oğurlayıb. Bundan başqa Gəncə şəhər xəstəxanaların birindən 1000 manat dəyərində kompüter, 350 manat dəyərində printer və 1790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2300 manat dəyərində 2 ədəd televizor oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib.
R.Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırma aparılır.
Namiq Musayev







Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












