Gəncədə karantin qaydalarına əməl olunmasına ciddi nəzarət edilir - FOTO

Gəncədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə fəaliyyətinin yoxlanılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət mobil qruplar yaradılıb.
Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən obyektlərdə xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Baxış zamanı son 3 gündə 250-dən çox obyektlərdə monitorinq aparılıb. Onların 40-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsana yol verən obyekt sahibləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub, 1 obyektin fəaliyyəti dayandırılıb.
Bununla yanaşı Gəncədə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə iaşə obyektlərində və şəhərin müxtəlif ərazilərində təmizlik, dezinfeksiya işləri aparılır. Dezinfeksiya işləri şəhərin, mərkəzindəki küçə və prospektləri, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinin sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.
Qeyd edək ki, Gəncədə ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.








Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












