Gömrük limitlərinin azaldılması vətəndaşlara necə təsir göstərəcək? - VİDEO

Məlum olduğu kimi, Nazirlər Kabinetinin bir neçə gün əvvəl verdiyi qərarla fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən limit azaldıldı.
Vətəndaşlar bu məhdud dəyəri üstələyəcəyi təqdirdə limitdən artıq olan hissənin rüsumlarını ödəməli olacaqlar.
İndiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdi.
Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalara görə isə artıq bu rəqəm 800 dollara endirilib. Həmçinin, bundan sonra eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 300 dollarlıq mal gətirməyə icazə verilir. Hansı ki, bu məbləğ min dollar idi.
Ekspert Rəşad Həsənovun Baku TV-yə verdiyi məlumata görə, yeni qərar birmənalı olaraq vətəndaşların şəxsi istifadə məqsədilə mal almaq imkanlarını məhdudlaşdırır. Xüsusilə sərhəd bölgələrində yaşayan və xırda ticarətlə məşğul olan ailələrin gəlirlərinə ciddi şəkildə neqativ təsir göstərəcək.
Ekspertin fikrincə, mövcud vəziyyətdə böyük karqo şirkətlərinin fəaliyyətinə, gəlirlərinə ciddi təsir baş verməyəcək. Burada əsas çətinlik daha çox fiziki şəxslərin sifarişlərinə hədəflənən kiçik karqo şirkətlərinin fəaliyyətində yaranacaq. Çünki səmərəlilik aşağı düşdükcə, imkanlar azaldıqca müraciətlərin sayı azalacaq. Nəticədə prosesin sonunda bu şirkətlərin bir qismi bazardan çıxmış olacaq.
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










