Gömrük məsələləri üzrə üçtərəfli komitənin iclası keçirilib - FOTO

Oktyabrın 7-də Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 4-cü iclası keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Türkiyə Respublikası Ticarət nazirinin müavini Sezai Uçarmak, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin baş direktoru İrakli Beraianın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib. Tərəflər arasında ticarətin asanlaşdırılması, tranzit imkanlarının artırılması və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə gömrüklə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. İclasda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəliliyinin artırılması üçün sərhəd-keçid məntəqələrində rəqəmsallaşmanın genişləndirilməsi, gömrük prosedurlarının və tranzitin sürətləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), e-TİR prosedurunun tətbiqi, Səlahiyyətli İqtisadi Operatorlar, gömrük hüquqpozmalarına qarşı mübarizə, elektron məlumat mübadiləsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












