Görədildə yağışın fəsadları aradan qaldırıldı, kəndin yolu bərpa edildi

İki gün əvvəl yağan güclü yağışlar nəticəsində Abşeron rayonunun Görədil kəndində yaranan fəsadlar aradan qaldırılıb.
Bu barədə Görədil kənd bələdiyyəsinin sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, yağış kəndin yollarından birini tamamilə yarasız vəziyyətə salıb:
"Leysan xarakterli yağışlar Görədil kəndində uzunluğu 700 metr olan Fətəli xan Xoyski küçəsində bir sıra fəsadlar törədərək yararsız hala salmışdı. Bu yol relyefinə görə yamac halında olduğundan digər küçələrdən də yığılan sular bu ərazidən keçir. Su axını güclü olduğu üçün yolun üz qatını yuyub aparmışdı. Hadisədən dərhal sonra rayon rəhbərliyinin tapşırığı əsasında yaranan problemlərin aradan qaldırılması üçün işlər başlanıldı. Qısa bir zamanda bələdiyyə tərəfindən həmin küçədəkı vəziyyət aradan qaldırıldı".
İ.Məmmədov əlavə edib ki, hazırda bələdiyyə əməkdaşları digər küçələrdəki problemlərin də aradan qaldırılması üçün işlər görürlər. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












