Göyçayda yaşadığı evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı

Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 20-də saat 10 radələrində koronavirus infeksiyasına yoluxmuş Göyçay rayonunun İnçə kənd sakini 1974-cü il təvəllüdlü Vüqar Mehdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı evi icazəsiz və tibbi maskadan istifadə etmədən tərk edərək infeksiyanın digər vətəndaşlara yoluxması təhlükəsi yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











