Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib - VİDEO

Şəmkirdə güclü külək təsərrüfatlara, evlərə ciddi ziayn vurub. Bəzi kəndlərdə elektrik və rabitə xəttləri sıradan çıxıb.
Avtosfer.az xəbər verir ki,Şəmkirdə başlayan güclü küləklə müşahidə olunan leysan yağış bir sıra ciddi problemlərə yol açıb. Belə ki, rayon mərkəzi, eləcə də Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndlərində mənzillərin dam örtükləri uçub, iri gövdəli ağaclar aşıb. Həmçinin elektrik və rabitə xətləri sıradan çıxıb. İstixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb.
Ilkin məlumata görə, təbiət hadisəsi nəticəsində 40 fərdi evə ziyan dəyib. Təxminən 20 elektrik dirəyi sıradan çıxıb. 18 iri gövdəli ağac tamamilə aşıb. Yaranan vəziyyətin aradan qaldırılması istiqamətində rayon İcra Hakimiyyəti yanında yaradılan xüsusi komissiyanın rəyinə əsasən güclü külək və sel xarakterli yağış 24 yaşayış məntəqəsində fəsadlar törədib.
Hazırda dəymiş ziyanın dəyərinin tam hesablanması istiqamətində işlər davam etdirilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












