Güclü külək Şəmkirdə bir sıra fəsadlar törədib

Şəmkirdə güclü küləkl fəsadlar törədib. Ötən gecə Şəmkir rayonu ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə bəzi yaşayış məntəqələrində təsərrüfata ciddi ziyan dəyib. Təbii fəlakətdən ən çox zərər çəkən rayonun Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndləridir. Belə ki, güclü külək adıçəkilən kəndlərdə ağacları aşırıb, elektrik və rabitə xətlərini qırıb, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Həmçinin istixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları təbii fəlakətdən zərər çəkən kəndlərdə araşdırma aparır və əhaliyə dəymiş ziyanı hesablayır.
RİH-dən APA-ya bildirilib ki, ilkin hesablamalara görə, güclü külək rayonun 24 yaşayış məntəqəsində fəsadlar törədib. Bu istiqamətdə hesablamalar davam etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












