Günün pik saatlarında bu marşrutda avtobus sayı artacaq

Saray qəsəbəsindəki "Yeni Yol" adlanan əraziyə çəkilən 523 saylı xətdəki avtobusların sayında artım olacaq. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər. Qeyd olunub ki, 523 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan 2-si Saray qəsəbəsindəki "Yeni Yol" adlanan ərazi ətrafındakı sərnişinlərin rahat daşınması üçün hərəkət trayektoriyasını qismən dəyişəcək:
"Nəzərinizə çatdıraq ki, 523 saylı marşrut xətti üzrə avtobuslar əvvəlki qaydada və sxem üzrə işləyəcək. Yeni trayektoriya üzrə isə həmin xəttin 2 avtobusu xidmət göstərəcək. Aşağıda yeni trayektoriya üzrə hərəkət edəcək avtobusların hərəkət cədvəli ilə tanış ola bilərsiniz. Qeyd edək ki, bu gündən etibarən intervalın daha da azaldılması məqsədilə 3-cü avtobusu da pik saatlarda xidmətə təqdim etdik".

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












