Gürcüstan dəmir yolları ilə neft daşımaları artıb

Bu ilin I yarısında Gürcüstan dəmir yolları vasitəsilə daşınan yüklərin həcmi 5 milyon 462,4 min ton təşkil edib. Bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.
İllik müqayisədə yüklərin həcmi 7,6% artıb.
Yanvar-iyunda yük daşımalarının böyük həcmi – 54,1%-i tranzitin payına düşüb. Tranzit daşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19,2% artaraq 2 milyon 953,3 min tona bərabər olub.
İdxal üzrə daşımalar 1 milyon 236,6 min ton (+1,2%), ixrac üzrə isə 543,2 min ton (-9,2%) təşkil edib.
Hesabat dövründə dəmir yolu vasitəsilə neft və neft məhsullarının nəqli 0,4% artaraq 1 milyon 461,1 min ton olub. Bu məhsullar ümumi yük daşımalarında 26,7% paya sahib olub.
Konteyner daşımalarında da artım qeydə alınıb. Belə ki, bu növ daşımalar 9,1% artaraq 40,295 min TEU təşkil edib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












