Gürcüstan Rusiya ilə aviauçuşların bərpasını müzakirə etməyə hazırdır

“Rusiya tərəfindən müvafiq siyasi iradə olarsa və epidemioloji vəziyyət imkan verərsə, uçuşların bərpası ilə bağlı məsələ qaldırıla bilər”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə münasibətlərdə mövcud ən çətin problemlərin həllində maraqlıdır: “Problemlər əsasən işğal olunmuş ərazilərlə bağlıdır. Gürcüstan torpaqlarının işğalından sonra diplomatik münasibətlər dayandırılıb. Təəssüflər olsun ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Diplomatik əlaqələrin bərpası məsələsi gündəlikdə deyil”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində Gürcüstanla hava əlaqəsinin bərpasının yaxın gələcəyin məsələsi olduğuna ümid etdiyini bildirib.
Rusiya Gürcüstanla birbaşa uçuşları ötən il iyulun 8-dən dayandırıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












