Gürcüstanda azərbaycanlılarla ermənilər arasında dava; 11 nəfər saxlanıldı

Gürcüstanda azərbaycanlılarla ermənilər arasında münaqişə baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə avqusutun 24-də Ninotsminda bələdiyyəsi ərazisində yerləşən iki kəndin sakinləri arasında qeydə alınıb.
Məlumata görə, Tuşeti kəndində yaşayan azərbaycanlı sakinlərin mal-qarası, Toriyada yaşayan erməni torpaq sahiblərinin örüş sahəsinə daxil olub və torpaq sahibləri heyvanları qovub. Bundan sonra azərbaycanlı sakinlərlə torpaq sahibləri arasında, əvvəlcə mübahisə, daha sonra isə dava yaşanıb. Nəticədə 11 nəfər polis tərəfindən saxlanılıb, onlardan 7-si xəstəxanaya aparılıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra bölməyə gətirilərək ifadələri alınaraq sərbəst buraxılıblar.
Bildirilir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı və 225-ci maddəsi ilə cinayət işi açılıb.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












