Gürcüstanın avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın avtomobil ixracının dəyəri illik müqayisədə 42,2% azalaraq 198 509,6 min ABŞ dolları təşkil edib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.
Bildirilib ki, hesabat dövründə bu kateqoriya üzrə ixrac ölkənin ümumi ixracının 11,3%-ni təşkil edib. 2019-cu ildə isə Gürcüstan 343 689,7 min dollar dəyərində avtomobil ixrac edib və onun ölkənin ümumi ixracında payı 16,3% təşkil edib.
Hesabatda qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 122 211,7 min dollar dəyərində avtomobil ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 443,1 min dollar və ya 0,4% çoxdur. Belə ki, ötən ilin ilk 7 ayı ərzində isə Gürcüstan Azərbaycana ixrac etdiyi məhsulun dəyəri 121 768,6 min dollara bərabər olub.
Beləliklə, hesabat dövründə Gürcüstanın avtomobil ixracının 61,5%-i Azərbaycanın payına düşüb. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












