Hadrutda 72 erməni hərbçisi “Arabo” batalyonu kimi məhv edilib - FOTO

Ermənistan mətbuatı Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi daha bir əsgər haqqında məlumat yayıb. Avtosfer.az xəbər verir ki, Qarabağda məhv edilmiş Mais Avetumyan adlı erməni əsgər 4 il rəqs məktəbində oxuyub, sonra rejissorluq fakültəsində təhsil alıb. "O, hərbi əməliyyat zamanı mühasirəyə düşərək məhv edilən Martuninin 7-ci taborunun 72 əsgərindən biri idi. Birinci Qarabağ müharibəsi zamanı Arabonun 72 nəfərlik dəstəsi izsiz şəkildə itmişdi. Yalnız illər sonra, Azərbaycanda yayılan videolardan birində onların meyitlərini tanımaq mümkün oldu. Qarabağda yeni müharibə zamanı - 11 oktyabrda Martuniyə aid tağımın eyni sayda əsgəri oxşar taleyi yaşadı. Onlar xüsusi bir əməliyyat üçün üç maşına mindirilib, Hadruta aparıldılar. Həmin gün Mais və dostları üçün ölüm günü oldu. Əsgərlərin cəsədlərinin çoxu yalnız 100 gündən sonra tapıldı. Düşmənin mühasirəsinə düşən oğlanlar bərabər olmayan döyüşə giriblərmiş", - deyə erməni KİV-ləri yazıb. (Azvision.az)

(Döyüşdə məhv edilən əsgər Mais Avetumyan)
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












